Arvadını boğub öldürdü, intihar kimi göstərdi - Lökbatanda

Arvadını boğub öldürdü, intihar kimi göstərdi - Lökbatanda

10:27     22 Yanvar 2018 18_01_22_1516602525.jpg

Lökbatan qəsəbəsində ər arvadını qətlə yetirib.

Femida.az olke.az-a istinadən xəbər verir ki, həmin mənzildə kirayədə yaşayan Qəhrəmanlı Elvin Arzu oğlu polisə zəng edərək bildirib ki, evə gələrkən həyat yoldaşı Günel Qəhrəmanlının özünü asdığını görüb.

Dərhal hadisə yerinə Qaradağ rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar.

Qadının boğazında olan əl-barmaq izləri məhkəmə tibbi ekspertini şübhələndirib və E.Qəhrəmanlı dindirilib. Məlum olub ki, Elvin həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürüb. E.Qəhrəmanlı şübhəli şəxs qismində saxlanılıb və rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: Lökbatan   qətl   intihar   Qaradağ   femida.az  

Oxunub: 2439