Türkiyə daha 11 kəndi ələ keçirdi - FOTO

10:32     22 Yanvar 2018 2018/01/618628_1516602932.jpg

Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Afrindəki terrorçulara qarşı apardığı "Zeytin budağı" əməliyyatı 3 gündür davam edir.


Femida.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə 11 kəndi ələ keçirib.

"Zeytin budağı" əməliyyatı 3 gündür davam edir. Əməliyyatın ikinci günündə TSK əsgərləri Afrin tərəfinə keçiblər.

Ordu qərargahından verilən məlumata görə, 32 hərbi təyyarə ilə 45 hədəf vurulub.

Əməliyyatlar zamanı daha sonra Şenkal, Kurni, Bali, Edamanlı kəndləri də ələ keçirilib.

Terrorçular isə Afrindən Azez mahalının Kelcibrin qəsəbəsinə hücum ediblər. Hücum nəticəsində 2 mülki vətəndaş həyatını itirib.

Femida.az

Açar sözlər: Türkiyə   Afrin   Qərərgah  

Oxunub: 2591