Baş Polis İdarəsi vətəndaşın döyülməsi xəbərinə reaksiya verdi
14:59 22 Yanvar 2018
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda məcburi köçkünlərin köçürülmə vaxtı sakinlərdən birinin polis tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
İdarədən Femida.az -a verilən xəbərə görə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Qəhrəmanov Şaiq Balakişi oğlu sosial şəbəkələrdə Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Təcili Tibbi Yardım stansiyasının qəzalı vəziyyətdə olan binasından köçürülmə zamanı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünü və bu səbəbdən əməliyyat olunduğunu yazıb.
“Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən məlumat verilib ki, Şaiq Qəhrəmanov 16 yanvar 2018-ci il tarixdə xəstəxanaya müraciət edib. Müayinədən sonra onun “qarın boşluğunda ağ xətt yırtığı” olduğu müəyyənləşib. Məlum olub ki, yırtığın əmələ gəlmə müddəti 2-3 il əvvələ aiddir. Xəstə müraciət edən zaman onun üzərində və bədən səthində heç bir xəsarət aşkarlanmayıb, döyülməyə xarakterik əlamətlər olmayıb. Şaiq Qəhrəmanovun sosial şəbəkələrdə yaydığı məlumatlar həqiqətə uyğun deyil”, - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 1250
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib