Məktəblilərin qış tətili nə vaxt başlayır? - RƏSMİ
15:36 22 Yanvar 2018
Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.
Femida.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.
Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin 7 günü istirahət edə biləcəklər.
Femida.az
Oxunub: 4014
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Məktəbli qızın intihar etməsinin görüntüləri - ANBAAN VİDEO
- Azərbaycanda özünü binadan atan məktəbli KİŞİNİN BAŞINA DÜŞDÜ
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Cəlilabadda məktəbli hündürlükdən yıxılaraq ağır xəsarət alıb
- Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb