DİN-dən arvadını boğub öldürən şəxslə bağlı - Açıqlama


15:39     22 Yanvar 2018 din-den%20seyyar%20xidmet.jpg

Bakıda qətl hadisəsi baş verib.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq öldürüb.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Femida.az

Açar sözlər: DİN   Qaradağ   Lökbatan  

Oxunub: 754