Özünü 9 mərtəbəli binadan atmaq istədi - Polis son anda qurtardı


15:56     22 Yanvar 2018 publika.az1440228267intihar_bina_01888.jpg

Yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib.


DİN-dən Femida.az-a verilən məlumata görə, cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.

Femida.az

Açar sözlər: İntihar   Cəhd   Polis  

Oxunub: 528