Nazirlik "məcburi göstəriş" verdi - Cərimələr var
16:12 22 Yanvar 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 4-15 yanvarda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntuları ilə əlaqədar 88 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 19 iş üzrə 7300 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 22303,96 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 310 iş üzrə 27952,18 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 6 iş göndərilib.
Femida.az
Oxunub: 585
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- Xoşqədəmin köməkçisiyəm dedi və... - Yarım milyon manata yaxın dələduzluq
- Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb
- “Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib