Növbəti günlərdə hava necə olacaq?


16:20     22 Yanvar 2018 hava7.jpg

Azərbaycan ərazisində növbəti iki-üç gündə, yanvarın 25-dək müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Femida.az-a açıqlamasında bildirib ki, növbəti günlərdə hava şəraiti sabit keçəcək: "Hava şəraiti mülayim və əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

Femida.az

Açar sözlər: Ekologiya   Hava   Yağış  

Oxunub: 1127