Uşaqlara dərman satışı qadağan edilir - Azərbaycanda


16:30     22 Yanvar 2018 aptek.jpg

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılıması qadağan edilə bilər.


Femida.az xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilməsi təklif edilir.

Qanun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir.

Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, dəyişikliyin edilməsində məqsəd 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq, dərman vasitələrinin buraxılmasının qadağan edilməsidir.

Femida.az

Açar sözlər: Dərman   Qanun   Uşaq  

Oxunub: 1110