Evlənmək istəyənlərin nəzərinə - Yeni təklif


16:50     22 Yanvar 2018 nikah%20m.jpg

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.


Femida.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməli, həmçinin müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

Femida.az

Açar sözlər: Talassemiya   QİÇS   Səhiyyə  

Oxunub: 1343