Sabah duman olacaq
16:56 22 Yanvar 2018
Bakı və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 698
Oxşar xəbərlər
- Paytaxtda hava dumanlı olacaq, rayonlarda yağış yağacaq
- Dumanla əlaqədar bəzi magistrallarda görünüş məsafəsi məhdudlaşacaq
- ETSN-dən xəbərdarlıq: Gecə, səhər yollar dumanlı, şaxtalı olacaq, buz bağlayacaq
- Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Duman olacaq, güclü külək əsəcək - PROQNOZ
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- ETSN: Yanvarın 2-də gecə və səhər saatlarında dumanlı hava şəraiti davam edəcək
- Bakıda duman olacaq, bəzi rayonlarda yağış yağacaq - SABAHIN HAVASI
- Sabah hava küləkli keçəcək, duman olacaq