Azərbaycanda şirkət ləğv olundu


17:11     22 Yanvar 2018 baglanib.jpg

Sinqapurun "Keppel" gəmiqayırma korporasiyası Azərbaycanda "Caspian Shipyard Company" (CSC) MMC-nin könüllü şəkildə ləğvini açıqlayıb.


Femida.az xəbər verir ki, bu barədə korporasiyanın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, CSC ləğvolunma proseduruna 26 avqust 1997-ci il tarixli "AzerFELS" ("Keppel Offshore & Marine Ltd" şirkətinin törəmə şirkəti), SOCAR və "Lukoil Europe Holdings BV" arasında imzalanmış şirkətin yaradılması haqqında müqavilə müddətinin başa çatmasından sonra başlayıb.

"Keppel" şirkəti Azərbaycanda fəaliyyətini "Bakı gəmiqayırma zavodu" MMC-də iştirak payı çərçivəsində davam etdirəcək.

Femida.az

Açar sözlər: Azərbaycan   Şirkət  

Oxunub: 551