“Venamı kəsərəm, amma Qarabağda xidmət etmərəm” - Erməni əsgər


17:16     22 Yanvar 2018 ermeni%20olu128.jpg

Yanvarın 20-də İrəvandakı Mərkəzi Klinik Hərbi Hospitala ağır bədən xəsarətləri ilə hərbi çağırışmı Ernest Ovanisyan gətirilib.

Femida.az bu barədə epress.am-a istinadən xəbər verir.

Çağırışçı özünü hərbi hissənin pəncərəsindən atıb. Xəbərdə yazılana görə, onun intihar səbəbi çağırışçının Qarabağda xidmət etmək istəməməsidir.

Qeyd edək ki, Ovanisyan yanvarın 12-də hərbi xidmətə çağırılıb və 8 gün Qarabağda xidmət etdikdən sonra əsgərlikdən imtina edib. Hüquqşünaslar və psixoloqların cəhdləri də onu fikrindən daşındıra bilməyib.

Hərbi hissənin rəhbərliyi onun valideyinlərini çağırıb. Lakin valideynlər gəlməmiş əsgər özünü hərbi hissənin pəncərəsindən atıb və ağır xəsarətlər alıb. Məlumata görə, əsgər özünü pəncərədən atmazdan qabaq onu fikrindən döndürməyə çalışan əsgər yoldaşlarına “Venamı kəsərəm, amma burada xidmət etmərəm” sözlərini deyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də faktı təsdiq edib.

Femida.az

Açar sözlər: erməni   əsgər   intihar   Qarabağ   femida.az  

Oxunub: 1660