Qadının başından vurdu, çantasını alıb qaçdı - Bakıda
18:23 22 Yanvar 2018
Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub.
DİN-dən Femida.az-a verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla həmin qadının Bakı şəhər sakini Firəngiz Heydərova olması, həmin gün yaşadığı evin girişində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək içərisində 2 mobil telefonu olan çantasını alması müəyyən edilib.
Baş Cinayət Axtarışı İdarəsi, Metropolitendə Polis Şöbəsi, 24-cü Polis Bölməsi, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Sumqayıt şəhər sakini. əvvəllər məhkum olunmuş Etibar Məmmədov olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 560
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Bakıda 39 yaşlı qadını avtomobil vurub
- Bakıda intim münasibət zamanı bədbəxt hadisə - Qadın xəstəxanaya düşdü