Yenə metro, yenə cibgirlik...


18:39     22 Yanvar 2018 cibgir1.jpg

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun "Gənclik" stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.


DİN-dən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olması məlum olub.

Ətrafında aparılan tədbirlərlə onun yanvarın 19-da metronun "28 May" stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: Cibgir   Metro   Həbs  

Oxunub: 575