Azərbaycan üçüncü yerə çıxdı - İnkişaf etməkdə olan ölkələr arasında


18:45     22 Yanvar 2018 Azerbaycan-Bayraqi-esas2_08.jpg

Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.


Femida.az xəbər verir ki, ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi" insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir.

Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb.

Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

Femida.az

Açar sözlər: Azərbaycan   Dünya   İqtisadi   Litva   Macarıstan    

Oxunub: 1772