AŞPA-nın yeni prezidenti seçilib

14:55     22 Yanvar 2018 2018/01/524963138_1516618782.jpg

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti məlum olub.


AŞPA-nın bu gün başlayan qış sessiyasında italiyalı deputat Mikele Nikoletti AŞPA-nın yeni prezidenti seçilib.

Xatırladaq ki, AŞPA prezidenti Pedro Aqramunt ötən il oktyabrın 6-da istefa verdiyi üçün oktyabrın 10-da AŞPA-nın payız sessiyasında Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides qurumun müvəqqəti olaraq yeni prezidenti seçilmişdi.

Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.

Femida.az

Açar sözlər: AŞPA   Prezident  

Oxunub: 200