Qaradağda qan davası - Köhnə ədavət üstündə baş verən qətlin TƏFƏRRÜATI


19:05     22 Yanvar 2018 maslak-ta-vahsi-cinayet-para-vermeyen-dayisinin-7684924_x_4583_o.jpg


Qardağ rayonunda 1992-ci il təvəllüdlü Osman Abdullayev 10 il öncə qətlə yetirdiyi şəxsin qohumları tərəfindən güllələnib.

Femida.az-ın “Ölkə.Az”-a istinadən xəbərinə görə, cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov həbs ediliblər.

İlkin ehtimala görə, Osman Abdullayev qisas məqsədilə qətlə yetirilib. Həsən onu hadisədən əvvəl söhbət etməyə çağırıb. Yasamalın Alatava qəsəbəsində görüşən gənclər daha sonra mübahisələrini Lökbatan qəsəbəsində davam etdiriblər.

Qətlə yetirilən Osman Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb. O, 2008-ci ildə Gəncədə dostu Tural İbrahimovu öldürüb.

Tural həmin qətl hadisəsindən əvvəl Osmanın bacısı Vəfanı təhqir edərək, dünyasını dəyişmiş atasını söyüb. Bundan qəzəblənən Osman Abdullayev ov bıçağı ilə dostu Turalı bıçaqlayıb. Şəhər xəstəxanasına yerləşdirilən yaralı orada ölüb.

Həmin dövrdə məhkəmədə ifadəsində Osman Abdulayev Tural İbrahimovla dost olduğunu bildirib: “O, bizə gəlib-gedirdi. Bir dəfə eşitdim ki, bacıma evlənmək təklif edib. Bacım ərindən boşanıb, 2 uşaq anasıdır, o isə subay oğlandır. Buna görə biz razı olmadıq. Lakin Tural bizdən əl çəkmirdi. Dəfələrlə bizi təhqir edirdi. Ancaq atamın goruna söyməsinə göz yuma bilmədim”.

Yunan-roma güləşi üzrə idman ustalığına namizəd Osman Abdullayev bu əməlinə görə 8 il 6 ay həbs cəzası alıb və həbsxanada yatan gənc bir neçə il əvvəl, 5 il məhkumluq həyatı yaşadıqdan sonra, yəni 2013-cü ildə həbsdən azad edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Açar sözlər: Qətl   Cinayət   Həbs  

Oxunub: 2404