Canavarlar fermaya hücum etdi, 37 qoyunu parçaladı - Qaxda

15:43     22 Yanvar 2018 canavar.jpg


Qaxda canavarlar fermaya hücum edərək, sahibkara məxsus xeyli sayda xırdabuynuzlu heyvanı parçalayıb.



Femida.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Şotavar kəndində sürü halında olan canavarlar gecə saatlarında Bayram Salavat oğlu Nadirova məxsus qoyunların saxlandığı dama hücum edib. Yırtıcılar 60 baş qoyundan 26-nı öldürüb, 14-nü yaralayıb.

Hadisə ilə bağlı Qax rayon Baytarlıq İdarəsinə xəbər edilib. İdarənin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər, ərazidə dezinfeksiya işləri aparılıb.

Canavarların parçaladığı 14 qoyundan 11-i ölən heyvanlarla birlikdə quyuda basdırılıb.

Femida.az

Açar sözlər: Qax   Baytarlıq   Canavarlar   femida.az  

Oxunub: 370