Azərbaycanlını evlənmək adı ilə aldatdılar - Türkiyədə


16:23     12 Sentyabr 2015 TÜRK-LİRASI-BUGÜN.jpg

Türkiyədə evlənmə adı ilə azərbaycanlını aldadıblar.


Femida.az xəbər verir ki, Türkiyənin Amasya əyalətində fırıldaqçılar evlənmə vədi ilə azərbaycanlı gənci aldadaraq, 27 min lirəsini (9 min 371 manat) oğurlayıblar.

Məlumata görə, evləndirmə vədi ilə Vedat K.-dan əvvəl 4165 manat nəğd pul, daha sonra isə 5206 manat dəyərində zinət əşyası alan Y.Ş. adlı qadın, azərbaycanlıya onu evləndirəcəyini deyib. Evlənmə tədbirləri görməyə başlayan gənc Y.Ş.-nın aradan çıxdığını görüb və aldanıldığını başa düşüb.

Azərbaycanlı gənc hadisə ilə bağlı Amasya polisinə şikayət edib. Araşdırma aparan polislər dərhal şübhəli bilinən iki nəfəri həbs edib. Zinət əşyaları geri alınaraq, gəncə qaytarılıb.

Bundan başqa, Y.Ş. və onunla əlbir olan K.G. daha əvvəl də fırıldaqçılıq yolu ilə başqasının malını ələ keçirmə, oğurluq etməkdə təqsirli olduqları üzə çıxıb.

Açar sözlər:

Oxunub: 1039