Bakıda dəhşətli yanğın: Azyaşlı qız öldü


20:04     22 Yanvar 2018 yangin_38673636.jpg


Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.


Femida.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər: Yanğın   Bakı   Öldü   FHN    

Oxunub: 1034