Əbülfəs Qarayev Davosda nazirlərin konfransında iştirak edib

Əbülfəs Qarayev Davosda nazirlərin konfransında iştirak edib

16:43     22 Yanvar 2018 2018/01/dav_1516625153.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrənin Davos şəhərində keçirilən mədəniyyət nazirlərinin konfransında iştirak edib.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “Yüksək səviyyəli Baukultura doğru” mövzusunda keçirilən konfrans şəhərsalma mədəniyyətinə vahid və kompleks yanaşma müzakirə olunub.

Konfransda açılış nitqi ilə İsveçrə Konfederasiyasının Federal Kansleri Alain Berset çıxış edib. Sonra iştirakçı nazirlər yekunda qəbul olunacaq bəyannamənin mətni ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Əbülfəs Qarayev tədbirdə çıxış edərək Azərbaycanda mədəniyyət və irs sahəsində həyata keçirilən islahatlar, habelə prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və mədəniyyət sahəsində beynəlxalq layihələr barədə iştirakçılara məlumat verib.

İclas çərçivəsində nazir Ə. Qarayev bir sıra Avropa ölkələrinin nazirləri ilə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Konfransın sonunda Davos Bəyannaməsi qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 253