Sarkisyan Fransaya getdi


20:57     22 Yanvar 2018 18_01_22_1516625924.jpg


Ermənistan prezidenti Serj Sarkisyan Fransaya işgüzar səfərə gedib.


Femida.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, Fransa Senatının sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

Sarkisyan sabah fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Qeyd edək ki, S. Sarkisyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Femida.az

Açar sözlər: Sarkisyan   Fransa   Makron   AŞPA   femida.az  

Oxunub: 631