Naftalanda mərmi tapıldı
21:47 22 Yanvar 2018
Naftalanın Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 1 ədəd mərmi tapılıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan naməlum əşya aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş naməlum əşyanın ətrafında 800 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Femida.az
Oxunub: 501
Oxşar xəbərlər
- Naftalanda avtomobil aşıb, ana və övladı xəsarət alıb
- Naftalanda parkda kişi meyiti aşkarlanıb
- Goranboy-Naftalan yolunda avtomobil qəzası olub, xəsarət alanlar var
- Naftalanda gənc oğlan intihara cəhd edib
- Naftalan şəhərində 30 yaşlı kişi intihara cəhd edib
- Naftalanda 35 yaşlı kişi anafilaktik şok nəticəsində ölüb
- Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun təməli qoyulub
- Naftalan sakinləri “patı” ilə tutulub
- Naftalanda körpələr evi-uşaq bağçası istifadəyə verilib
- Dövlət başçısı Naftalan hava limanı ilə tanış olub