Müsavatın Lənkəran təşkilatının sədri istefa verib


21:53     22 Yanvar 2018 müsavat%20müsavat.jpg

Müsavat Partiyasının Lənkəran şəhər təşkilatının sədri İmamverdi Əliyev istefa verib.


Femida.az-ın məlumatına görə, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, partiya Divanının bu gün keçirilən iclasında İ.Əliyevin ərizəsinə baxılıb və qeydə alınıb.

O, ərizəsində səhhəti ilə əlaqədar istefa verdiyini bildirib. İ.Əliyevin istefası qəbul olunub.

Femida.az

Açar sözlər: Müsavat   Partiya   İstefa  

Oxunub: 702