Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər saxlanıldı
22:02 22 Yanvar 2018
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14 nəfər Pakistan İslam Respublikası və 1 nəfər Hindistan Respublikası vətəndaşı saxlanılıb.
Femida.az DMX-ə istinadən xəbər verir ki, araşdırma zamanı ölkədə qanunsuz yaşadığı üçün DMX tərəfindən saxlanılmış Hindistan vətəndaşı Nema Devi Haibamın əsasən Şərq ölkələri vətəndaşlarının Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya Federasiyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.
Digər şəxs - "Şah" ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.
N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməkliyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtalya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və "viza"ları onlara təqdim etmyib.
Həmçinin N.D.Haibam daha 6 əcnəbi ilə birbaşa razılaşma əldə edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çevirib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın Amerikaya və digər ölkələrə əcnəbilərin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr yaratdığı müyyən olunub.
Femida.az
Oxunub: 459
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX: Bəzi əcnəbilər qanunun tələblərini pozurlar
- DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü