Türkiyədə hərbi hissə atəşə tutuldu - Hərbçilər yaralandı


22:14     22 Yanvar 2018 2018/01/618823_1516629914.jpg

Türkiyənin şərqindəki Hakkari vilayətində hərbi hissə İraq ərazisindən atəşə tutulub.


Femida.az xəbər verir ki, İraq ərazisindən hədəflənən raket atəşi nəticəsində 3 türk hərbçi yaralanıb.

Bildirilir ki, atəş PKK terror təşkilatının mənsubları tərəfindən açılıb.

İnsidentdən dərhal sonra Türkiyə adekvat cavab verib. Türkiyə təyyarələri İraqın şimalında hava əməliyyatlarına başlayıb.

Femida.az

Açar sözlər: Türkiyə   PKK   Hakkari  

Oxunub: 2018