İtkin düşmüş alpinistlərdən nə xəbər? - FOTOLAR
22:59 22 Yanvar 2018
"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Femida.az -ın xəbərinə görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında bildirilir ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.
Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) də axtarışlara qoşulub.
Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
Axtarış barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.
Femida.az
Oxunub: 1107
Oxşar xəbərlər
- Ağdamda 23 yaşlı gənc itkin düşüb
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Bakıda 16 yaşlı qız itkin düşüb
- Bakıda yeniyetmə qız itkin düşüb
- Bakıda gənc qız və oğlan itkin düşüb
- Qəbələdə 35 yaşlı qadın itkin düşüb - FOTO
- Bakıda 15 yaşlı qız itkin düşüb
- Ağdamda 35 yaşlı kişi itkin düşüb
- Bakıda 51 yaşlı qadın itkin düşüb
- Ağsuda 59 yaşlı qadın itkin düşüb