Şərikini küçənin ortasında belə güllələdi (VİDEO)


16:57     12 Sentyabr 2015 bursa-cinayet-671.jpg

Bir müddət öncə Türkiyədə hər kəsin önündə baş verən qətlin görüntüləri yayılıb.


Türkiyənin Bursa şəhərində inşaat sahibi ilə mebel işi ilə məşğul olan iş adamı arasında ölümlə nəticələnən dava düşüb. Femida.az-ın məlumatına görə, şəhərin ən gur yerlərindən olan Topxana Meydanındakı cinayət anı bir həvəskar tərəfindən görüntülənib. Ard-arda açılan güllə səsləri ətrafdakılara böyük şok yaşadıb.

Mebel fabriki açmağa hazırlaşan Rızayettin Serbest, fabrikin tikintisini tapşırdığı Tacettin Başoral işi yarıda buraxıb. R. Serbest T.Başoral ilə məsələni aydınlaşdırmaq üçün oğlu Erkan Serbestlə birlikdə Tophane Meydanına gəlir.
Danışıqda hər iki tərəfin silahlanmış yaxınları da iştirak edib.

Müzakirə əsnasında mübahisə başlayanda Erkan Serbest, Tacettin Başoralı yaralayır. Qarşı tərəf buna cavab olaraq silahla onu sinəsindən ağır yaralayır.

Başoral yaralı halda yerdə uzanaraq qanaxmanı dayandırmağa çalışan zaman Rızayettin Serbest silahla ona yaxınlaşaraq başına bir dəfə atəş açıb. Bu güllədən inşaatçı elə yerindəcə dünyasını dəyişir. Rızayettin bunun ardından öldürdüyü inaatçıya yardım edən adama da atəş açsa da, güllə ondan yan keçir.


Açar sözlər:

Oxunub: 2089


Oxşar xəbərlər