5 əməkdaşın ədliyyə orqanlarında qulluğuna xitam verilib


23:17     22 Yanvar 2018 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg

Ötən il fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə Ədliyyə Nazirliyi İcra xidmətinin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.



Femida.az -ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində İcra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.

O cümlədən 5 əməkdaşın ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.

Açar sözlər: Ədliyyə   Nazirlik    

Oxunub: 1262