“Oyun həftəsi - intellektual həftəsonu” layihəsi baş tutdu


23:36     22 Yanvar 2018 2018/01/ok_1516635551.jpg

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilİB.


Layihənin keçirilməsində məqsəd – intellektual oyunlar və yarışlar vasitəsilə turistlər üçün yeni turistik xidmətlərinin təklif edilməsi, bunun üçün tələb olunan bələdçilərin (animatorların) hazırlanması və onlara müvafiq təlimin keçirilməsi olmuşdur.

Masaüstü intellektual oyunlar – iki və daha artıq, əsasən isə qrup şəklində oynanılan oyunlardır. Bu oyunlarda oyunçular öz intellekt, bilik və bacarıqlarını nümayiş etdirməklə, düzgün qərarlar qəbul edərək qalib olurlar. İntellektual oyunlar qədim zamanlardan məşhurdur və müasir dövrdə TV və internet məkanında qrup və fərdi şəkildə çoxlu sayda maraqlı intellektual oyunlar mövcuddur. İnsanın təbii ehtiyaclarından biri də məhz bilik sahibi olmaq, sahib olduğu biliyi nümayiş etdirməkdir. Bu səbəbdən intellektual oyunlara maraq uşaqlardan başlayaraq böyüklərə kimi hər kəs tərəfindən rəğbətlə qarşılanır.

Ölkəmizə səfər edən turistlərə intellektual oyunlarda, müsabiqələrdə iştirak etmək xidmətlərini təklif etməyi bacaran bələdçilərin (animatorların) hazırlanması layihənin hədəfi kimi müəyyən edilmişdir. Animatorlar intellektual oyunlar və müsabiqələr təşkil etməklə, şəhərimizin sakinləri və qonaqları arasında xoş münasibətlərin qurulmasına və ünsiyyətin yaradılması istiqamətində fəaliyyətlər aparacaqlar.

İntellektual oyunların təşkili üzrə bələdçi-animatorların hazırlanması məqsədilə cari ilin yanvar ayında 25 gəncin iştirakı ilə 4 günlük təlim kursu keçirilmişdir. Təlim prosesində iştirakçılar bir neçə modul üzrə biliklərə və praktiki bacarıqlara yiyələnmişlər. Masaüstü oyunları populyar edən amillər, oyunçuların bir araya gəlməsinə səbəb olan faktorlar, intellektual oyunların beynəlxalq standartları, marketinqi, dizaynı, oyunların qaydalarının izah edilməsi və oyun ajiotajının yaradılması texnikası, həmçinin mübahisəli vəziyyətlərin həlli yolları kimi praktiki biliklər gənclərə öyrədilmişdir. Təlim kursunun davamı olaraq, gənclərin iştirakı ilə 15 masaüstü oyun növü üzrə nümunəvi oyunlar təşkil olunmuşdur. Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif edilmişdirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 699