Azərbaycanlı Putinin seçkidə səlahiyyətli nümayəndəsi olacaq
00:01 23 Yanvar 2018
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndələrinin siyahısını təsdiqləyib.
Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, Putinin seçki kampaniyası zamanı səlahiyyətli nümayəndələrindən biri Rusiyadakı azərbaycanlıların “Azerros” Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova olacaq. M. Sadıqova Putinin səlahiyyətli nümayəndələri arasında hələlik yeganə azərbaycanlıdır.
Mərkəzi Seçki Komissiyası V. Putinin səlahiyyətli nümayəndəsi kimi ilkin olaraq 259, daha sonra isə 154 nəfəri qeydiyyatdan keçirib.
Rusiya qanunvericiliyinə görə, prezidentliyə namizəd 600 nəfərə qədər şəxsi səlahiyyətli nümayəndə təyin edə bilər. V. Putinin səlahiyyətli nümayəndələri siyahısında ölkənin tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, jurnalistləri, elm adamları, idmançıları var.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
Femida.az
Oxunub: 964
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib