Türkiyə Afrinə itki verməyib - Baş nazirdən açıqlama


01:51     23 Yanvar 2018 binelioo1.jpg

“İndiyədək heç bir itkimiz yoxdur”.


Femida.az "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım əsas müxalifət təşkilatı, Cümhurriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə 50 dəqiqəlik görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında “Zeytun budağı” əməliyyatı haqqında danışarkən bildirib.

“İndiyədək heç bir itkimiz yoxdur. Ancaq Kilisdə dislokasiya olunan hərbçilərimizə açılan təxribatçı atəş nəticəsində bir əsgərimiz yüngül yaralanıb. Afrində yaşayan ərəb, türkmən, kürd və başqa yerli sakinləri PKK, İŞİD terror qruplaşmalarının təzyiq və işgəncələrindən qurtarmaq istəyirik”, - B.Yıldırım vurğulayıb.

K.Kılıçdaroğlu deyib ki, baş nazir Afrindəki hadisələrlə bağlı ona məlumat verib: “Türkiyənin sərhəd təhlükəsizliyi çox əhəmiyyətlidir”.


Femida.az

Açar sözlər: Afrin   Türkiyə   Ordu    

Oxunub: 761