Türkiyə ordusundan Afrində daha bir uğur — Strateji yüksəklik ələ keçirildi

22:42     22 Yanvar 2018 18_01_22_1516646675.jpg

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı qüvvələri məlumat yayıb. Bildirilib ki, ordu əməliyyat çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib. 10 terrorçu isə əsir götürülüb.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər.

Femida.az

Açar sözlər: #Afrin   #Türkiyə   #Femida.az  

Oxunub: 1182