Türkiyə şəhid verdi


04:34     23 Yanvar 2018 poolis%20sehid.jpg

Türkiyə-Suriya sərhədində türk hərbçisi şəhid olub.


Femida.az -ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, əsgər Kilis vilayətinin Gülbaba kəndi yaxınlığında terrorçularla atışma zamanı şəhid olub.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Açar sözlər: Şəhid   Türkiyə    

Oxunub: 1991