Alpinistlərin axtarışı dayandırılacaq? - AÇIQLAMA


14:46     23 Yanvar 2018 alpinist4.jpg


Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Femida.az xəbər verir ki, bu barədə BakuPost-a "Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Z.Qasımlının sözlərinə görə, alpinistlərin axtarışları Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində davam etdirilir:

"Hazırda ərazidə hava şəraiti də normaldır. Axtarışlarda Türkiyədən dəvət edilən mütəxəssislər də iştirak edir. Hələlik axtarışlar nəticə vermir. Alpinistlər tapılana qədər axtarışlar dayandırılmayacaq".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Femida.az

Açar sözlər: alpinist   Gilavar   axtarış   FHN   Quba   itkin   femida.az  

Oxunub: 1027