Ziya Məmmədov vətəndaşlarla görüşəcək


19:02     12 Sentyabr 2015 1442045735.jpg

Ziya Məmmədov Zərdab şəhərində üç rayonun sakinləri ilə görüş keçirəcək.


Nəqliyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə nazir Z.Məmmədov sentyabrın 18-də Zərdaba səfər edəcək və orada Kürdəmir, Hacıqabul və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı sentyabrın 16-da saat 09:00-dan 18:00-dək aparılacaq. Vətəndaşlar qeydiyyat üçün Zərdab “13 saylı Yol İstismarı İdarəsi”, Kürdəmir “14 saylı Yol İstismarı İdarəsi”, Hacıqabul “15 saylı Yol İstismarı İdarəsi” ünvanlarına müraciət edə bilərlər.

Açar sözlər:

Oxunub: 1169