Azərbaycanda 32 uşaq övladlığa verilib


19:31     23 Yanvar 2018 ovladliga%20verilibbb.jpg

2017-ci il ərzində 32 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib.


Femida.az xəbər verir ki, bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər.

2016-cı ildə isə Səhiyyə Nazirliyi vasitəsilə 36 uşaq övladlığa verilib.

Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.

Ötən il Təhsil Nazirliyi tərəfindən isə 2 nəfər Azərbaycan vətəndaşlarına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə 9 uşaq xarici ölkə vətəndaşına övladlığa verilib.

Femida.az

Açar sözlər: Övladlıq   uşaq  

Oxunub: 790