Dövlət qulluğuna 300 işçi axtarılır


19:09     12 Sentyabr 2015 kreslo_201214.jpg

Dövlət qulluğunda çalışmaq üçün Komissiya 300 nəfər işçi axtarır.


Femida.az xəbər verir ki, bunun üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə və ümumi müsahibə elan edib. Komissiyadan fins.az-a verilən məlumata görə, müsabiqə 28 dövlət orqanında 264 vakant vəzifənin tutulması, ümumi müsahibə isə 7 dövlət orqanında 42 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunub.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 216-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 48-i isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 40-ı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələri test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir ölkə vətəndaşı müsabiqədə iştirak edə bilər. İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 1270