AMEA-nın işıqları kəsildi - Borca görə
20:22 23 Yanvar 2018
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.
Femida.az -ın "APA-Economics”ə istinadən məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.
"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.
Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, 1945-ci il yanvarın 23-də AMEA fəaliyyətə başlayıb.
Oxunub: 802
Oxşar xəbərlər
- AMEA məlumat yayıb
- AMEA-da təcili iclas keçirilir, PA rəsmisi də iştirak edir
- AMEA-nın keçmiş prezidenti vəfat edib
- AMEA-nın İnstitut direktoru: "Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm"
- AMEA-nın 41 yaşlı əməkdaşı qəfildən vəfat edib
- AMEA-nın strukturuna dəyişikliklər ediləcək
- AMEA fəlsəfə doktoru dərəcəsi almaq üçün qoyulan tələblərin bəzilərinin ləğv edilməsini istəyir
- AMEA-nın Ümumi Yığıncağı keçirilib, Ramiz Mehdiyevin istefası qəbul olunub
- AMEA prezidentinin səlahiyyətlərinin icrası Arif Həşimova həvalə olunub
- AMEA-nın professoru vəfat edib