Videosu yayıldıqdan sonra işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verib
21:11 23 Yanvar 2018
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq Ağciyər Vərəmi şöbəsinin işdən çıxarılan həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova həmin xəstəxananı məhkəməyə verib.
Femida.az -ın xəbərinə görə, həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib.
İddia ərizəsi Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb. Həmin videoda Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi S.Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib. O, “siz burada oturub camaata torba tikməklə məşğulsunuz, mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək iclas zalını tərk edir. Daha sonra S.Məmmədova işdən çıxarılıb. Əmrdə qeyd edilib ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, S.Məmmədova 1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışıb.
Femida.az
Oxunub: 2044
Oxşar xəbərlər
- İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları
- İntihar edən həkimin əri görün kim imiş -Şok detallar
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Bakıda həkimi şantaj edən baş redaktora hökm oxunub
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Bakıda dispanserdə həkimin otağından oğurluq edilib
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib