Erməni siyasətçi: "Rusiya tərəfləri silahlandıraraq qarşıdurmanı qızışdırır"


21:47     23 Yanvar 2018 18_01_23_1516715224.jpg


Bu gün Yerevanda "Rusiya tərəfindən Azərbaycana silah satışı: Ermənistan-Rusiya münasibətlərinə zərbə, yoxsa biznes maraqları" mövzusunda seminar keçirilib.

Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, "Qloballaşma və Regional Araşdırmalar Mərkəzi" nin rəhbəri Stefan Qriqoryan tədbirdə çıxış edərək Rusiyanın Qarabağ problemindəki rolunu dəyərləndirib:

"Rusiya Minsk qrupunun həmsədrlərindən biri kimi bölgədəki vəziyyəti gərginləşdirməməlidir. Tərəfləri silahlandıraraq qarşıdurmanı qızışdırır, bölgədəki gərginliyi artırır. Rusiya vasitəçi olaraq vəzifələrini yerinə yetirmir. Vasitəçilər münaqişə tərəflərini dəstəkləməməli və bölgəni silahlandırmamalıdır”.

Qriqoryan bildirib ki, Rusiya Azərbaycan və Ermənistana yalnız müdafiə məqsədli silahlar sata bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Rusiya   #Azərbaycan   #Ermənistan   #Qarabağ   #silah   #münaqişə   #femida.az  

Oxunub: 1330