10 il həbsdə yatan azərbaycanlı iş adamı azadlığa buraxıldı


22:09     23 Yanvar 2018 18_01_23_1516716539.jpg


Estoniyada günahsız yerə 10 il cəza çəkən azərbaycanlı azad edilib.

Ədalətsiz olaraq mühakimə olunan və eston həbsxanasında 10 il 50 gün cəza çəkən azərbaycanlı iş adamı Əhliman Zeynalov azadlığa çıxıb.

Femida.az xəbər verir ki, bu barədə Oxu.Az-a vəkil Cavanşir Süleymanov məlumat verib.

Yanvarın 5-də Virus qəza məhkəməsi Əhliman Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması və vətəninə deportasiya olunması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, 2007-ci ildə saxlanılan Zeynalova Xaryus məhkəməsi 14 il 6 ay cəza vermişdi. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə iştirak etməkdə təqsirli bilinib. Məhkəmənin cəzası bununla bitməyib. Əlavə olaraq 736 111,3 avro məbləğində cərimə haqqında qərar qəbul olunub.

Femida.az

Açar sözlər: #Estoniya   #Azərbaycan   #həbs   #azadlıq   #femida.az  

Oxunub: 1355