Heydər Əliyevin portretini belə yaratdılar - FOTOLAR
21:10 07 May 2015
Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza "Ginnesin Rekordlar Kitabı"na salınması üçün qeydə alınıb.
Femida.az-ın məlumatına görə, Azərbaycanın sürətli inkişaf və tərəqqisində önəmli yeri olan Gəncə bu gün qeyri-adi, böyük bir uğura imza atdı. 10 min gəncəli gənc Azərbaycanın özü qədər əbədi olan, həyatının mənasını yalnız xalqına xidmətdə görən, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duyan Heydər Əliyevə sevgilərini ulu öndərin adını daşıyan meydanda dahi şəxsiyyətin canlı portretini və imzasını yaratmaqla bəyan etdilər. Meydanı alqış sədaları bürüdü.
Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər bu gün dünya rekorduna imza atdılar. İlk dəfə olaraq ulu öndərin canlı portretinin yaradılması cahanşümul şəxsiyyətə gəncəli gənclərin məhəbbətinin təzahürüdür.
E.Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"na daxil ediləcək və sertifikat təqdim olunacaq.
Oxunub: 1328
Oxşar xəbərlər
- Heydər Əliyev İsveçrədə anılıb
- Heydər Əliyevin həyata keçməyən arzusu – Deputat danışır
- Heydər Əliyev Xamneyini belə mat vəziyyətə saldı
- Heydər Əliyev Koreyada anılıb
- Heydər Əsədov həmsədr təyin olunub
- Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi
- Heydər Əliyev 48: Silsilə tədbirlər keçirilir
- Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
- Heydər Əliyev Mərkəzinin parkında konsert olub
- Heydər Əliyev Mərkəzinin parkında rəsm dərsi