Bakıda Avropa İttifaqına qarşı aksiya - FOTOLAR


19:35     12 Sentyabr 2015 fometiraz%20bakida%20(1).jpg

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə etiraz olaraq Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirilib.


Femida.az xəbər verir ki, aksiya Beynəlxalq Diaspora Mərkəzi tərəfindən təşkil edilib.

Aksiyada Avropa İttifaqının eleyhinə şüarlar səsləndirilib. Bildirilib ki, bu qurum Azərbaycana qarşı qərəzli mövqe nümayəş etdirməklə, ölkəmizdə vəziyyəti gərginləşdirməyə cəhd edir.

Qeyd edilib ki, Avropa İttifaqı Azərbaycana qarşı qərəzli, ikili siyasətdən əl çəkməlidir.

Sonda aksiyanın ilə bağlı Beynəlxalq Diaspora Mərkəzinin rəhbərliyi tərəfindən hazırlanan qətnamə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə təqdim olunub.

Nümayiş insidentsiz başa çatıb.










Açar sözlər:

Oxunub: 2170