Prezident Gürcüstanın baş naziri ilə görüşüb


00:21     24 Yanvar 2018 2018/01/davos-gorush_1516724548.jpg

Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.


Görüşdə ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və uğurla həyata keçirilən birgə layihələr barədə müzakirə aparılıb.

Tərəflər istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu layihə böyük rol oynayır və regionda yeni imkanlar yaradır.

Görüşdə enerji resurslarının tranziti sahəsindəki əməkdaşlıq, həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinə toxunulub. Tərəflər iki ölkə arasında tərəfdaşlığın region üçün vacibliyini qeyd ediblər.

Femida.az

Açar sözlər: Davos   İlham   Əliyev   Giorgi   Kvirikaşvili  

Oxunub: 1017