İlham Əliyev Davosda mühüm görüşlər keçirdi - YENİLƏNİB


01:03     24 Yanvar 2018 2018/01/619139_1516727157.jpg

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Microsoft" şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.


Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı. "Microsoft" ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu.

***




Azərbaycan Prezidenti İlham Əliyev Davosda "SUEZ GROUP" şirkətinin baş icraçı vitse-prezidenti və "MEDEF International"ın Fransa-Azərbaycan Biznes Şurasının sədri xanım Marie-Ange Debon ilə görüşüb.

Xanım Marie-Ange Debon Prezident İlham Əliyevə "SUEZ GROUP"un Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək ölkəmizdəki tərəfdaşlarla çox uğurla əməkdaşlıq etdiklərini bildirdi. Gələcək planlar barədə danışan Marie-Ange Debon Prezident İlham Əliyevə su, kanalizasiya və yağış sularının aradan qaldırılması sahələrindəki yeni texnologiyalar barədə məlumat verdi.

Prezident İlham Əliyev "SUEZ GROUP"un gördüyü işlərdən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın gələcəkdə də "SUEZ GROUP"la əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd etdi.

Femida.az

Açar sözlər: Davos   Prezident  

Oxunub: 682