Ağsu sakini özünü asdı


01:17     24 Yanvar 2018 intihar5.jpg

Ağsu rayonunda intihar hadisəsi baş verib.


Hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Nizami küçəsindəki 12 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1951-ci il təvəllüdlü Abuzərov Ramiz Təvəkkül oğlu yaşadığı evin həyətindəki yardımçı tikilinin çardağından özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərərfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: İntihar   Ağsu  

Oxunub: 866