Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - VİDEO
02:04 24 Yanvar 2018
Fatmayi bağlarından Bakıya gələn avtobuslar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müffəttişləri tərəfindən saxlanılaraq sərnişinləri yolda düşürdülüb. Bəzi avtobuslar duracağa yerləşdirilib.
Söhbət Abşeron rayonu, Fatmayi bağlarından başlayaraq Bakı dairəvi yolunda yerləşən ticarət mərkəzinə və əks istiqamətdə sərnişin daşıyan 134 nömrəli avtobuslardan gedir.
Həmin avtobuslar bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İçərisindəki sərnişinlər düşürdülərək avtobuslar dayanacağa yerləşdirilib.
134 nömrəli xəttin müvəqqəti istismarçısı Qurbanəli İsmayılov bildirib ki, bu xəttə heç bir qanunsuzluğa yol verilməyib. Avtobusların marşrutu Bakı Nəqliyyat Agentliyinin sərəncamı əsasında dəyişdirilib.
Dövlət a Atomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov isə qeyd edib ki, həmin avtobusların hərəkət sxemi onların nəzarətində olan yoldan keçir. Bu səbəbdən sərnişinlər avtobusdan düşürülüb.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, istənilən avtobusun hərəkət sistemi müəyyənləşdirilərkən zəruri olan bütün hallar nəzərə alınır. O cümlədən, 134 nömrəli avtobusunda yeni hərəkət sxemi müəyyən edilərkən bütün hallar nəzərə alınıb. Yəni həmin avtobusların keçdiyi yollar bütünlüklə Bakı şəhər inzibatı ərazisinə aiddir.
Femida.az
Oxunub: 1290
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb