Hindistan Baş naziri Trampı tənqid etdi - Davosda


02:20     24 Yanvar 2018 2018/01/1516721646_1516731821.jpg

Hindistan baş naziri Narendra Modi Davos forumunda çıxışı zamanı ad çəkmədən Trampı tənqid edib.



İsveçrənin Davos şəhərində bu gün başlayan 48-ci Dünya İqtisadi Forumunun açılış çıxışını edən və sammitə 21 il sonra qatılan ilk Hindistan baş naziri olan Narendra Modi sərbəst ticarətdən danışıb.

O, çıxışı zamanı bu gün idxal paltar yuyan maşın və günəş enerjisi panellərinə gömrük vergisi tətbiq edən Donald Trampın adını çəkmədən hədəfə alıb.

Hindistan müstəqillik hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin sözlərinə istinad edən Modi fikirlərini belə bölüşüb: “Evimin dörd bir tərəfdən divarla mühasirə edilməsini və pəncərələrimin qapadılmasını istəmirəm. Hər bir ölkənin mədəniyyəti bir bahar küləyi kimi sərbəst şəkildə əsməlidir”.

Femida.az

Açar sözlər: Davos   Tramp   Hindistan  

Oxunub: 1127